TOP 10

"Keşlə" Antalyadan qələbəsiz qayıdır

Futbol
Tarix: 2020-01-24 14:57

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Keşlə"nin son yoxlama oyunu bu gün keçirib. Sport24.az xəbər verir ki, Tərlan Əhmədovun komandası Slovakiyanın yüksək liqa təmsilçisi "Zemplin" ilə görüşüb.

 

"Keşlə" bu matçda da qələbəyə həsrət qlaıb. Hlabuki, artıq görüşün əvəvlində yeni transfer olan anqolalı hücumçu Aleksandr Kristovaoyla hesabı açmaq mümkün olub. Ancaq ikinci hissənin əvəvlində qapısında top görən təmsilçimiz bu dəfə heç-heçəylə kifayətlənməli olub.  Sabah Vətənə qayıdacaq "Keşlə" mövsümün ikinci yarısına hazırlığını Bakıda davam etdirəcək. 

 

Xatırladaq ki "Keşlə" Antalyada toplanışında hər 2 matçında uduzub - Almaniya III Bundesliqa təmsilçisi "Zvikau"ya 1:4, Tula "Arsenal"ına 1:2. 

 

 

Yoxlama matçı

24 yanvar

13:00. "Keşlə" - "Zemplin" (Slovakiya) - 1:1 

Qol: A.Kristovao, 8

 

"Keşlə": 1. Stanislav Namaşko, 3. Cabir Əmirli, 5. Franko Flores, 33. Tərlan Quliyev (k), 21. Azər Salahlı, 13. Perviz Azadov, 25. Con Kamara, 15. Şohruh Qadoyev, 10. Sezar Mesa Kolli, 17. Vüsal İsgəndərli, 32. Aleksandr Kristovao
 

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB