TOP 10

“Neftçi” son sınağından da məğlub ayrıldı

Futbol
Tarix: 2020-01-24 19:52

Təlim-məşq toplanışını Antalyada davam etdriən “Neftçi” bu gün sonuncu yoxlama oyunun çıxıb. Sport24.az xəbər verir ki, “ağ-qaralar” Ukraynanın “Desna” klubu ilə qarşılaşıb.

 

 Premyer Liqa təmsilçilərinin qarşılaşması Bakı vaxtı ilə saat 18:00-da başlayıb. Üç qolun qeydə alındığı matç "ağ-qaralar"ın növbəti məğlubiyyəti ilə nəticələnib.

 

Qeyd edək ki, "Neftçi" bundan əvvəlki hər iki yoxlama oyununda məğlub olmuşdu. Paytaxt təmsilçisi ilk matçda Polşanın “LSK Lodz”una 0:4, ikinci görüşündə isə Kiyev “Dinamo”suna1:2 hesabı ilə məğlub olub. Bunlardan birincidə baş məşqçi italiyalı Roberto Bordin idisə, sonradan istefaya göndərildiyindən komanda "sükanı" Füzuli Məmmədova tapşırılıb. 


Yoxlama oyunu
24 yanvar

Neftçi – Desna 1:2
Qol: Stiven Monroz, 66.
Antalya, “Emir Hotels Spor Kompleksi”nin stadionu

 

Neftçi: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 11. Vangelis Platellas, 15. Saman Nəriman Cahan, 18. Tural Axundov, 36. Mamadu Kane, 77. Donald Gerye.

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov, 5. Anton Krivotsyuk, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 27. Nabi Silla, 28. Stiven Monroz, 33. Turan Vəlizadə.

CBCsport
07 Aprel 2020
06 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL