TOP 10

Super Liqa klubu birini gətirdi, birini qovdu

Dünya Futbolu
Tarix: 2020-01-24 12:43

Türkiyənin “Dənizlispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi “Kasımpaşa”dan ayrılan Özgür Çeki transfer edib.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanb.


Dənizli klubu bu transferlə yanaşı, öz oyunçularından Burak Çalıkla müqaviləsinə də xitam verib. Buna sözügedən oyunçunun maaşının gecikməsi ilə əlaqədar Türkiyə Futbol Federasiyasına şikayət ünvanlaması səbəb olub. 2018-ci ildən “Dənizlispor”da oynayan Çalıkın bu klubla mövsümün sonuna kimi müqaviləsi vardı.

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB