TOP 10

Riçard Almeyda debüt matçında zədələndi

Dünya Futbolu
Tarix: 2020-01-24 09:26

Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 13-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın yenicə transfer olunduğu “Baniyas” da növbəti matçına çıxıb.
 

Sözügedən komanda səfərdə Dubay “Əl-Nəsr”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.


Almeyda da bu oyunda iştirak edib. O, debüt etdiyi qarşılaşmaya start heyətdə çıxıb, lakin 79-cu dəqiqədə zədə səbəbindən meydanı erkən tərk etməli olub.


“Baniyas” 13 oyuna topladığı 14 xalla 14 kollektiv arasında 9-cu sırada qərarlaşıb.

CBCsport
09 Avqust 2020
B.eÇ.aÇC.aCŞB