TOP 10

"Arsenal"da ilk qolunu "Keşlə"yə vuran: "Bu qələbə növbəti oyunlarda daha inamlı olmağımıza kömək edəcək"

Futbol
Tarix: 2020-01-24 10:51

Tula "Arsenal"ının futbolçusu Kinqs Kanqva "Keslə"ylə Antalyadakı yoxlama qarşılaşmasını şərh edib. Sport24.az xəbər verir ki, qələbənin (2:1) komandaya inam verəcəyini söyləyib: "Bu, təlim-məşq toplanışındakı ilk oyunumuz idi. Buna məşqdə səylə hazırlaşırdıq. Qələbə növbəti oyunlarda daha inamlı olmağımıza kömək edəcək. Qeyd etmək istəyirəm ki, məşqlər kifayət qədər ağırdı, amma indi çempionluğa yaxşı hazırlaşmaq çox vacibdi. Bu matçda qalib gəlməliydik, amma onu da qeyd etmək istəyirəm ki, baş məşqçimiz İqor Çerevçenko bizdən bu təlim-məşq toplanışlarında hazırladığımız taktiki məqamlardan istifadə etməyimizi istədi".

 

Maraqlıdır ki, Kinqs "Arsenal"da böyük qardaşı Evansla bir yerdə çıxış edir. Kiçik Evans "topçular"da ilk qolunu məhz "Keşlə"yə vurub: "Komandamda ilk qolu vurduğum üçün sevinirəm. Əvvəlcə ötürməni qardaşım Evansa vermək istədim, amma sonra özümdən keçmək qərarına gəldim. "Arsenal" üçün ilk qolumdu, bu, gözəldi". 

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB