TOP 10

“Qəbələ” 12-ci günü tək məşqlə bitirdi

Futbol
Tarix: 2020-01-24 00:17

Mövsümün ikinci yarısına hazırlaşan “Qəbələ” Türkiyə toplanışını davam etdirir.  Sport24.az xəbər verir ki, “qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışının 12-ci gününü başa vurub.
 

Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Hazırlıq prosesi günün ilk yarısına təsadüf edib. Yanvarın 22-də Bolqarıstanın “Etar” klubu ilə yoxlama oyunu (0:0) keçirən “qırmızı-qaralar” bu gün bərpaedici məşqlə kifayətləniblər. Hazırlıq prosesi əsasən topsuz çalışmalardan ibarət olub.

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB