TOP 10

Yeni transfer "Qarabağ"a neçəyə başa gəlib? - maddi detallar açıqlandı

Futbol
Tarix: 2020-01-24 09:00

"Qarabağ"ın qış fasiləsində heyətində qatdığı ilk yeni futbolçu olan Ovusu Kvabenanın transfer qiyməti müəyyənləşib. Sport24.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Premyer Liqamızın qış çempionu 23 yaşlı qanalı hücumçunun müqaviləylə məxsus olduğu İspaniyanın "Leqanes" klubuna 300 min avro ödəyəcək.

 

Qeyd olunur ki, Primero təmsilçisi Ovusun "Qarabağ" dan başqa kluba keçəcəyi təqdirdə, bunun qarşlığında müqavilə məbləğinin 50 faizini alacaq. Kvabenanın transferindən digər İspaniya təmsilçisi - "Kordoba" da qazanacaq ki, hansında hücumçu icarədə çıxış edirdi.

.

Qeyd edək ki, Kvabena bu mövsümün ilk yarısında "Kordoba"da 16 matç keçirərək 6 qol vurub. 
 

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB