TOP 10

"Sumqayıt" oteldən qovulub? Danışan fotofaktlar

Futbol
Tarix: 2020-01-23 22:46

Artıq iki gündür ki, KİV-də "Sumqayıt"ın qış təlim-məşq toplanışını​ keçdiyi "Aska Resort "otelindən qovulması barədə məlumatlar yayılır. Bugünlərdə Antalyada olan və hər gün yerli klubların təlim-məşq toplanışlarından materiallar dərc edən Sport24.az-ın əməkdaşı artıq üç dəfə "kimyaçılar"ın​ düşərgəsinə baş çəkib.

Yazılanlar şayiədi. Axı, kökündə heç bir həqiqət olmayan əsassız məlumatlar başqa cür adlandırıla bilməz. Dediyimiz kimi, üçüncü dəfə “Sumqayıt”ın yerləşdiyi otelə bu gun baş çəkməli olduq. Komanda bu sətirlərin müəllifini çox qonaqpərvər və rahat bir şəraitdə (bir stəkan çay və ya​ qəhvə içərək) qarşılamış, oxucularımıza materiallar təqdim etməkdə yardımçı olmuşdu.

İki gün əvvəl otelin foyesində "Sumqayıt"ın​ prezidenti Riad Rəfiyev və baş məşqçisi Ayxan Abbasovla görüşmüşdük. Sport24.az həmçinin komandanın aparıcı oyunçuları Əmir Ağayev və Aleksey İsayevlə müsahibələr təqdim etmişdi.

Yuxarıda göstərilən bütün faktlara baxmayaraq, bu axşam​ yenidən "Aska Resort"a​ yollandıq. Sport24.az bu gün çəkilərək,​ "Sumqayıt"ın harada məskunlaşdığını göstərən fotofaktları təqdim edir. Əlavə şərhə ehtiyac varmı?

 

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya

 

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB