TOP 10

Qafqaz İdman Liqası təsis olunub - VİDEO

Futbol
Tarix: 2020-01-23 19:31

Qafqaz İdman Liqası (CSL) təsis olub. Sport24.az xəbər verir ki, bunda məqsəd ölkədə idmanın inkişafı, yeniyetmə və gənclərin sağlam ruhda böyümələri, eyni zamanda müxtəlif idman növlərindən maraqlı seriya turnirlər təşkil edərək kütləviliyi artırmaqdır.

 

Liqaya daxil olan idman növləri üzrə seriya turnirlərin regionlarda, eyni zamanda Bakıda və Qafqazın digər şəhərlərində keçirilməsi planlaşdırılır. İlk dəfə bu ilin yanvar ayının 24-də Şamaxı Olimpiya Mərkəzində MMA idman növü üzrə təşkil ediləcək liqanın növbəti seriyaları cüdo, boks, güləş, karate, futbol və s. idman növləri üzrə olacaq. Qafqaz İdman Liqası ölkəmizin istənilən federasiyası və ya təşkilatı ilə təmənnasız əməkdaşlıq etməyi və günü-gündən fəaliyyət sahəsini genişləndirməyi planlaşdırır.

 

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB