TOP 10

Kapitan yoldaşlıq görüşlərində fərqli nəticələrə izah verdi: "Xorvatiyada tam heyətlə hazırlaşanda çatışmazlıqlarımızı, zəif cəhətlərimizi aradan qaldıracağıq" 

Futzal
Tarix: 2020-01-23 18:00

"Özbəklərlə bu iki oyun bizim üçün elit-rauda hazırlıq prosesində vacib oldu. İlk görüşdən məğlub ayrıldıq. Gərgin oyun keçdi, rəqibi yaxşı qiymətləndiririk. Gənc komanda olmasına baxmayaraq, bizə qarşı aqressiv oynadı. Ciddi müqavimət göstərdilər və müsbət nəticəni əldə etdilər". Bu fikirləri Azərbaycan futzal yığmasının kapitanı Rizvan Fərzəliyev bildirib.

 

Təcrübəli oyunçu hesab edir ki, yanvarın 13-dən təlim-məşq toplanışına start vermələrinə baxmayaraq, tam heyətlə hazırlığa başlamamaları Özbəkistan yığmasına 2:3 hesabıyla uduzduqları ilk yoldaşlıq görüşündə təsirini göstərib: "Məlumdur ki, əcnəbi oyunularımız hazılrığa bir az gec qoşuldular. Buna görə də millimiz ilk matda bir az hazırlıqsız idi. İkinci oyuna gəlincə, ilk qarşılaşmanın analizini etdik, harda səhvlər vardı, onun üzərində işlədik. Nəticədə ikinci görüşdə daha yaxşı oynadıq, bacardığımızı tam etdik. Yenə gərgin oyun getdi, ancaq bu dəfə 4:3 hesabıyla qalib gəldik". 

 

Rizvan özbəklərlə Bakı İdman Sayarındakı sınaq matçlarının vacibliyinə toxunaraq nəticənin elə də önəmli olduğunu qeyd edib: "Biizm üçün indi əsas vacib olan dünya çempionatın elt-raunduna yaxşı hazırlaşmaqdı. Məqsədimiz Xorvatiyada keçiriləcək bu mərhələdə layiqli nəticələr əldə edərək dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdı  Komandamızda harda çatışmayan cəhətlər var, bunu aradan qaldırmaq istəyirik. Yanvarın 24-də 25-nə keçən Xorvatiyaya yollanacağıq. Orda ən 3 məşq etməyə imkanımız olacaq. İki legionerimiz də birbaşa Osiyekdə komandaya qatılacaq. Həmin vaxt artıq tam heyətlə hazırlaşanda çatışmazlıqlarımızı, zəif cəhətlərimizi aradan qaldıracağıq" 

 

Fərzəliyevin sözlərinə görə, rəqiblər haqda mütəmadi son məlumatları əldə edirlər: "Bildiyiniz kimi, ilk qarşılaşmamız yanvarın 29-da ev sahibi ilə olacaq. Xorvatiya yığmasının oyunu haqda məlumatımız var. Orda tam şəkildə yığışanda detallı analiz edəcəyik. Oyunları olan disklər artıq bizdədi. Xorvatiyanın ilk mərhələdə Rusiya ilə görüşü var, ən azından bunu analiz etməklə iki rəqibi birdən öyrənəcəyik, zəif-güclü yerlərini biləcəyik".

 

Xatırladaq ki, millimiz Xorvatiya ilə matçın ertəsi - yanvarın 30-da Rusiya ilə görüşəcək, qrupda son matçını isə fevralın 1-də Slovakiya ilə keçirəcək. Reqlamentə əsasən, qrup qalibiləri final mərhələsinə yüksələcək. 2-ci pilləni tutacaq komandalar pley-off oyunlarında üz-üzə gələcəklər.

  

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB