TOP 10

Millimizin baş məşqçisi səfərə yaxşı əhval-ruhiyyədə çıxmalarından, oyunçusunun günahını yumasından danışdı: "Dünən antiqəhrəman idi, bugünsə qəhrəman - idmanda normal şeydi"

Futzal
Tarix: 2020-01-23 12:48

"Xorvatiyaya yaxşı əhval-ruhiyyədə yollanırıq. Bakıda keçirdiyimiz vacib hazırlıq matçlarının ikincisində qalib gəldik. Bizi qarşıda ciddi sınaq gözləyir". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan futzal yığmasının baş məşqçisi Joze Alesio bildirib.

 

Bakı İdman Sarayında Özbəkistan yığması ardıcıl 2 gün yoldaşlıq görüşləri keçirən futzalçılarımız birincidə 2:3 hesabıyla uduzdusa, ikincidə 4:3 hesablı qələbə qazandı. Millimizin braziliyalı çalışdırıcısının sözlərinə görə, bu ayın sonunda Xorvatiyada keçiriləcək elt-raund qrup mərhələsi matçlarında uğurlu çıxışla bağlı nikbinliyi azalmayıb: "Əlbəttə, çətin olacaq,rəqiblərimizin hamısı tanınmış yığmalardı. Yüksək səviyyəyə malik, təcrübəli milli komandalarla qarşılaşacağıq. Təsadüfi deyil ki, demək olar həmişə dünya və Avropa çempionatınl final mərhələsinin iştirakçısı olublar. Təbii ki, hazırlıq prosesində analizlərimizi də edirik. Rusiya yığması hazırda dünyada 3-cü yerdə gedir. Göründüyü kimi, çox güclü yığmadı. Ancaq hələ ki əsas diqqəti Xorvatiya millisinə yönətlmişik. Çünki bu yığmayla görüşlə mübarizəyə başladığımızdan onu daha çox analiz edirik. Çox səliqəli oyun göstərir. Komanda təkcə güclü kollektiv olmasıyla yox. futzalçılarının fərdi oyun keyfiyyətləri ilə də seçilir. Slovakiya da bizə tanış olan, asan sayılmayan rəqibdi. Hələ 6 gün vaxtımız var ki, daha yaxşı hazırlaşaq, rəqiblər haqda son məlumatları əldə edərək analizlərimizi aparaq. Əslində, çox analizə də ehtiyac yoxdu, çünki çox güclü yığmalar olduqları bəlli bir şeydi. Təlim-məşq toplanışımızın son 3 gününün Xorvatiyada olması bizim üçün faydalı olacaq ki, bundan maksimum yaralanacağıq".

 

Joze Alesio özbəklərlə ilk matçda rəqibə qarşı idmançıya yaraşmayan hərəkətə görə qırmızı vərəqə alaraq meydandan qovulan İsa Atayevə də toxunub. Maraqlıdı ki, ikinci matçda qələbə topunun müəllifi məhz bu oyunçu olub. Braziliyalı mütəxəsssis cəza olaraq qarşılaşma boyu ehtiyatda saxladığı İsanı sona yaxın meydana buraxdı ki, o da demək olar topa ilk toxunuşunda gözəl qola imza atdı. Maraqlıdı ki, İsa bununla günahını yudumu?: "Əlbəttə, o, səhvini düzəltdi. Atayevlə hərəkətəylə bağlı söhbətim oldu, vəziyyəti izah etdim. Onun son yoxlama matçında iştirak etməsini istəyirdim. Şans verdim, çıxdı, qələbə topunu vurdu. Komandada ümumi əhval-ruhiyyə yaxşıdı. İstəyirik ki, bu şəkildə də səfərə çıxaq. Futbol, idman belə bir şeydir ki, dünən pis ola bilərsən, bu gün isə yaxşı oyunla, komandaya verdiyin faydayla yadda qala. Dünən antiqəhrəman idi, bu günsə qəhrəman - bu, idmanda normal şeydi"

 

 

Xatırladaq ki, bu həftəsonu səfərə çıxacaq millimiz Osiyekdə yanvarın 29-da meydan sahibləri, 30-da Rusiya, fevralın 1-də Slovakiya ilə görüşəcək. 

CBCsport
21 Fevral 2020
20 Fevral 2020
B.eÇ.aÇC.aCŞB