TOP 10

“Qalatasaray”da yeni müqavilə

Dünya Futbolu
Tarix: 2020-01-23 11:11

Türkiyə çempionu “Qalatasaray” sol cinah müdafiəçisi Emre Taşdemirlə müqaviləni yeniləyib. Sport24.az xəbər verir ki, 24 yaşlı futbolçu İstanbul klubu ilə müqaviləsinin müddətini 2020/21 mövsümünün sonuna kimi uzadıb.
 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.


“Qalatasaray” Taşdemirin yeni müqaviləyə əsasən qazancını da açıqlayıb. Müdafiəçi 2020/21 mövsümündə 2 milyon 200 min TL qazanacaq.


Emre Taşdemir ötən mövsümün qış fasiləsi zamanı, yəni düz 1 il öncə “Bursaspor”dan ayrılaraq “Qalatasaray”a keçmişdi. O, geridə qalan bu müddət ərzində İstanbul klubu ilə Super Liqada 13, Türkiyə kubokunda 4 oyuna çıxıb.

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB