TOP 10

Elmar Baxşıyev baxışdan keçirdiyi braziliyalı hücumçuya qiymət verdi: "Rəhbərliyə istəyimizi çatdırmışıq ki, heç olmasa 2 yeni futbolçu olsun"

Futbol
Tarix: 2020-01-22 19:14

"Qəbələ" Antalya toplanışında 3-cü yoxlama matçını bu gün keçirərək Bolqarıstanın yüksək liqa təmsilçisi "Etar"la qolsuz bərabərliyə qalıb. Təmsilçimizin baş məşqçisi Elmar Baxşıyev görüşdən sonra Sport24.az-ın Antalyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. 

 

- Yetərincə əvəzləmənin olduğu matçı necə şərh edərdiniz?

- Planlaşdırdığımız kimi oldu ki, bütün futbolçular oyun yükünü aldı. Fikrimizdə də bu idi ki, planlaşdırdığımız 4 yoxlama matçında komanda o yükü oyunla alsın. Nəticəyə baxmayaraq, istəyirik ki, bütün futbolçular o şansı qazansınlar, çempionata tam hazır olsunlar.

 

- Bəs hesab yox, oyun planlaşdırdığımız kimi oldumu?

- Nəticəni qoyuruq qırağa, bizi əsas maraqlandıran komandanın verilən tapşırıqları yerinə yetirməsidi. Biz də o siqnalları məşqlərdə görürük. Bunun davamını oyunda da  gətirirlər.

 

- İlk hissədə şans verdiyiniz braziliyalı hücumçu Caio Manoel haqda fikirləriniz necədi?

- Hiss olunur ki, hazırlığı hələ tam qaydasında deyil. Belə götürəndə, potensialı olan futbolçudu, ancaq bizə hazırlıqsız qoşulub. 45 dəqiqə şans verdik. Bir də yoxlayandan sonra qərar verəcəyik.

 

- Ehtimal yuxarıdır ki, yola salınacaq, yoxsa Azərbaycana aparılacaq?

- Məşqlərdə bir az da özünü göstərsə, yanvarın 25-də son matçda ona şans verəcəyik. İndiki vəziyyyətdə bizdən gedən Davit Volkovun yerini doldura bilən futbolçu hələ ki deyil. 

 

- Çempionatda ilk oyununuz "Keşlə"yə qarşıdı ki, rəqibin məşqçiləri görüşü izləyirdi. Sizdən hansı səbəbdən "Keşlə"nin Tula "Arsenal"ıyla matçını izləməyə məşqçi göndərilməyib?

- Bu dəqiqə bizi əsas maraqlandıran öz komandamızdı, əsas bizim hazırlıqdı. Üstünlüyü ilk növbədə buna veririk. Bu, normaldı ki, gəlib baxa bilərlər. Biz də "Keşlə"nin oyunlarını izəyirik.

 

- Göndərimsiniz?

- Lap stadiondan da olmasa, bütün məlumatları almaq olur. Sadəcə, burda heç bir məlumat ala bilməyəcəksən. Çünki komanda yükləmənin altındadı. O üzdən bunun üzərində dayanmırıq. 

 

- Yeni trasnfer gözlənilir?

- Rəhbərliyə istəyimizi çatdırmışıq ki, heç olmasa 2 yeni futbolçu olsun. Sırf mövqelər var ki, orda rəqabətin artması önəmlidi. 

 

- Biri hücumçu, digəri?

- Dayaq yarımmüdafiəçisi. İstəyirik ki, sırf İbrahima Niassenin mövqeyində oynasan olsun.

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya

CBCsport
23 Fevral 2020
22 Fevral 2020
B.eÇ.aÇC.aCŞB