TOP 10

Rumıniya klubunun idman direktoru: "Neftçi"yə qarşı oyunda futbolçuların yorğun olduğu göründü"

Futbol
Tarix: 2020-01-22 17:00

Rumıniya millisinin sabiq futbolçusu Florian Çernat bir vaxtlar çıxış etdiyi Kiyev "Dinamo"sunun Antalya hazırlığında Polşa "Legiya"sı və "Neftçi"ylə yoxlama matçlarını müqayisə edib. Sport24.az xəbər verir ki, Rumıniyanın "Voluntari" klubunun idman direktoru olan keçmiş yarımmüdafiəçi 2001-09-cu illərdə çıxış etdiyi paytaxt təmsilçisinin hələ 100% hazır olmadığını düşünür: "Çünki futbolçular cəmi 5 gün hazırlaşmışdılar. "Legiya" ilə matç yaxşı idi, "Neftçi"yə qarşı oyunda isə futbolçuların yorğun olduğu göründü. Hələ kifayət qədər vaxt var ki, məşq edəsən və mövsümün bərpa olunmasına hazır olasan. Bu iki matçda "Dinamo"da Buşanın oyunu xoşuma gəldi. Həmçinin Buyaklsi, Şaparenko və Boykonu qeyd edərdim".

 

Xatırladaq ki, Kiyev təmsilçisi "Legiya"yla 1:1 hesablı bərabərlik edib, "Neftçi"yə 3:2 hesabıyla qalib gəlib. 

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB