TOP 10

Əmir Ağayev budəfəki Antalya toplanışının daha səmərəliliyindən, özü üçün mənfi tərəfindən söz açdı: "Sumqayıt"ın hər bir gənc oyunçusu böyük futbolçu ola bilər"

Futbol
Tarix: 2020-01-22 16:41

"Sumqayıt" Antalyadakı təlim-məşq toplanışında üçüncü yoxlama matçını Polşanın "Arka" klubuyla keçirərək 1:0 hesabıyla qalib gəlib. Qələbə topunun müəllifi cinah yarımmüdafiəçisi Əmir Ağayev olub. Təcrübəli futbolçu Sport24.az-ın Antalyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. 

 

- Türkiyə toplanışı sona yaxınlaşmaq üzrədi. Hazırlıq barədə fikirlərin...
- Təlim-məşq toplanışımız davam edir. Məşqlərin ağırlığına baxmayaraq ümümi abu-hava yüksək səviyyədədir. Heç də pis təsir bağışlamadığımız 3 yoxlama oyunu keçirmişik. Ötən mövsümün yay hazırlığından fərqli olaraq indiki toplanışımız daha səmərəlidir. Mənim üçün ən mənfi tərəf ailəm üçün darıxmağımdı.. Bu yaxında artıq üçüncü dəfə olmuşam, amma övladımı hələ də görə bilməmişəm.

 

- Komandanızın hər 3 oyununda yetərincə parlaq təsir bağışladın. Özünü “Sumqayıt”ın lideri hiss edirsənmi?
- Futbol komanda oyunudur. Bu oyunda kimin lider olmasının, kimin arxa planda qalmasının önəmi yoxdur. Əsas odur komanda xeyir qazansın. Ola bilər baş məşqçinin mənə verdiyi tapşırıqlara uyğun olaraq daha çox göz önündə oluram ki, bu da məni sevindirir.  

 

- Fiziki cəhətdən necə, 90 dəqiqəlik mübarizəyə tam hazırsanmı?
- Təlim-məşq toplanışı sona yaxınlaşır. Mən öz üzərimdə çalışmağı sevirəm. Vaxtında məşqlərimi edirəm, qidama, yuxuma fikir verirəm. Düşünürəm ki, artıq 90 dəqiqəlik mübarizəyə hazıram.

 

- Azərbaycan çempionatının digər iştirakçılarının oyununu izləyə bilmisənmi? İzləmisənsə, hansı təsir bağışlayıblar?
- Premyer Liqanın digər iştirakçılarının oyunu canlı izləmək imkanım olmayıb. Bir tək "Neftçi" - " Dinamo" oyunu internet vasitəsilə canlı yayımdan 20-25 dəqiqə izləyə bilmişəm. 

 

- Sənin mövqeyinə xələfin sayılan Rüfət Abdullazadə barədə nə deyə bilərsən? Səncə, neçə müddətdən sonra səni heyətdən sıxışdıra bilər?
- Təkcə Rüfət deyil, "Sumqayıt"ın hər bir gənc oyunçusu böyük futbolçu ola bilər. Bu uşaqlarda həqiqətən böyük potensial var. Sadəcə, öz üzərində çox işləməlisən və ondan sonra böyüyüb Azərbaycan futbolunun ulduzları olacaqlar.

 

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya
 

CBCsport
23 Fevral 2020
22 Fevral 2020
B.eÇ.aÇC.aCŞB