TOP 10

Abbasov "Səbail"in fasilədən sonra yaxşı çıxış edəcəyini hesab edir: "Qardaşımla bir komandada oynamaq çox gözəl hiss idi, ümid edirəm ki..."

Futbol
Tarix: 2020-01-22 12:21

"Artıq qış toplanışın ikinci hissəsindəyik. Bakıda daha çox fiziki durumumuzu yaxşılaşdırmaq üzərində məşqlər etdik. Antalyada isə daha çox oyunlar keçiririk. Bu yoxlama matçlarının çoxu arxada qalıb. İnanıram ki, çempionata tam hazır formada qayıdacağıq". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in futbolçusu Mirsahib Abbasov bildirib.  

 

Məlumdur ki, "dənizçilər" cari mövsümün ilk yarısında heç də uğurlu çıxış etmədi. Komanda qış fasiləsinə son pillədə yollanıb, bu azmış kimi, hazırkı fasilədə bir neçə əsas futbolçu, o cümlədən Mirsahibin kiçik qardaşı Mirabdulla da başqa klublara keçib. Buna baxmayaraq, Mirsahib cari çempionatın ikinci yarısıyla bağlı nikbindi: "Düzdür, mövsümün ilk yarısında yaxşı çıxış edə bilmədik. Fasilədən sonra yaxşı çıxış edəcəyik. Bəli, bəzi oyunçular komandadan getdi. Buna baxmayaraq, yenə də yaxşı heyətimiz var. Qardaşımla bir komandada oynamaq çox gözəl hiss idi. Ümid edirəm ki, nə vaxtsa yenə bir yerdə oynayacağıq".

CBCsport
23 Fevral 2020
22 Fevral 2020
B.eÇ.aÇC.aCŞB