TOP 10

"Keşlə" "Arsenal"a məğlub oldu

Futbol
Tarix: 2020-01-22 19:39

"Keşlə" Antalya təlim-məşq toplanışında ikinci yoxlama matçına bu gün çıxıb. Sport24.az xəbər verir ki, Tərlan Əhmədovun komandası Rusiya Premyer Liqa təmsilçisi "Arsenal"la görüşüb.

 

Tula təmsilçisiylə matç Bakı vaxtilə saat 17:45-də başlayıb. "Arsenal" ötən yay Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"ylə görüşərək hər iki matçda məğlubiyyət alıb - evdə 0:1, səfərdə 0:3.


"Keşlə" - "Arsenal" matçında da hesabı Azərbaycan təmsilçisi açıb. Amma qalan dəqiqələrdə iki qol vuran Rusiya klubu əzmkar qələbəyə sevinib.
 

Xatrıladaq ki, "Keşlə" hazırkı toplanışda ilk görüşündə Almaniyanın III Bundesliqa təmsilçisi  “Zvikkau”ya 1:4 hesabıyla yenilmişdi. 

 

Yoxlama matçı
22 yanvar

"Keşlə" - "Arsenal" (Rusiya) - 1:2
Qol: Aleksandr Kristavao, 70.


"Keşlə": 1. Stanislav Namaşko, İlkin Qırtımov, 4. Slavik Alxasov (k), 5. Franko Flores, 7. Tural Bayramli,  9. Lorenzo Frutos, 10. Sezar Meza Kolli, 11. Ruslan Qurbanov, 22. Əfran İsmayılov, 25. Con Kamara, 21. Miyuşko Boyoviç

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB