TOP 10

"Qəbələ" bolqarlarla qolsuz oynadı

Futbol
Tarix: 2020-01-22 18:45

“Qəbələ” Antalya təlim-məşq toplanışında növbəti yoxlama oyununu bu gün keçirib. Sport24.az xəbər verir ki, Elmar Baxşıyevin komandasının 3-cü sınaqda rəqibi Bolqarıstanın yüksək liqa təmsilçisi “Etar” olub.

 

“Karvansaray” otelinin meydançasında baş tutan qarşılaşmada hesab açılmayıb.

 

Xatırladaq ki, yanvarın 14-də keçirilən ilk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan “qırmızı-qaralar” dörd gün sonra Rusiya təmsilçisi “Çayka”nı üç cavabsız qolla məğlub edib. Komanda ayın 25-də keçiriləcək son görüşdə Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq.


 

Yoxlama oyunu
22 yanvar

17:00. "Qəbələ" – "Etar" (Bolqarıstan) - 0:0 

"Qəbələ": 94. Tərlan Əhmədli, 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 4. Sadiq Quliyev, 6. Caio Manoel, 8. Qismət Alıyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov (k), 14. Ülvi İsgəndərov, 17. Yavo Akakpo, 74. Yusif Nəbiyev

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB