TOP 10

Super Liqa klubunda baş məşqçi istefası

Dünya Futbolu
Tarix: 2020-01-22 10:21

Türkiyənin “Ankaragücü” klubu baş məşqçisi Mustafa Kaplanı istefaya göndərib. Sport24.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.


Klub rəhbərliyi ilə baş məşqçi arasında baş tutan görüşdən sonra tərəflər qarşılıqlı razılıq əsasında vidalaşmağa qərar veriblər.


Mustafa Kaplan ötən mövsümün dövrələrarası fasiləsi zamanı “Ankaragücü”nün baş məşqçisi təyin olunmuş və komandanı elitada saxlamışdı. O, bu mövsümün əvvəlindən isə 9 tur ərzində “Gənclərbirliyi”ni çalışdırdıqdan sonra “Ankaragücü”nə baş məşqçi təyin olunmuşdu. Sözügedən komanda bu mövsüm 18 oyuna cəmi 12 xal toplayıb və 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB