TOP 10

“Vilyarreal”ın hücumçusu Liqa 1-də

Dünya Futbolu
Tarix: 2020-01-22 09:24

“Vilyarreal”ın hücumçusu Karl Toko Ekambi karyerasını Fransada davam etdirəcək. Sport24.az xəbər verir ki, 27 yaşlı hücumçu Fransanın “Olimpik” (Lion) klubuna keçib.


Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Ekambi mövsümün sonuna qədər icarə əsasında Lion klubunun formasını geyinəcək.


Liqa 1 təmsilçisi 2020-ci ilin yayında 11,5 milyon avro ödəməklə Ekambinin transfer hüquqlarına sahib ola bilər.


Kamerun milli komandasının üzvü olan Ekambi, bu mövsüm “Vilyarreal”la La Liqada 18 oyunda 6 qol vurub.

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB