TOP 10

Volkovdan ilk, “Zirə”dən 40-cı qol, Qadze 5-ə çatdı

Futbol
Tarix: 2020-01-21 23:50

“Zirə” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının son oyununda Serbiya təmsilçisi “Napredak”la qarşılaşıb. Sport24.az xəbər verir ki, “qartallar” balkanlılarla görüşdə 2:0 hesabı ilə qalib gəlib.
 

Qarşılaşmada hesabı açan Riçard Qadze komandasının beynəlxalq yoxlama oyunlarında 5-ci dəfə fərqlənib. O, “Zirə”nin Türkiyədə xarici klublara qarşı keçirdiyi matçlardakı ən yaxşı bombardiridi.


“Napredak”la görüşdə 2-ci qola imza atan Davit Volkov isə “Zirə”də ilk dəfə fərqlənib. Qol hesabını açan gürcüstanlı “qartallar”ın bu matçlarda rəqib qapısına yol tapan 27-ci futbolçusudu. Daha bir dəfə rəqib avtoqolu qeydə alınıb.


Volkovun qolu həm də “Zirə”nin beynəlxalq yoxlama oyunlarındakı yubiley – 40-cı qoludu. 29 matçda bu qədər qol vuran “Zirə”nin orta məhsuldarlığı 1,38-ə bərabərdi.

CBCsport
21 Fevral 2020
20 Fevral 2020
B.eÇ.aÇC.aCŞB