TOP 10

“Səbail” yeni transferini rəsmən açıqladı

Futbol
Tarix: 2020-01-21 22:11

Mövsümün qalan hissəsinə hazırlığı davam etdirən “Səbail” daha bir futbolçunun keçidini həll edib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi cənubi afrikalı futbolçu Hendrik Eksteynlə 1,5 illik müqavilə bağlayıb. 29 yaşlı yarımmüdafiəçi yeni komandasında 27 nömrəli formanı geyinəcək.


Qeyd edək ki, Eksteyn bu mövsümün əvvəlində “Sabah”a gəlsə də, bu komandada möhkəmlənə bilməmişdi. O, daha öncə karyerası ərzində yalnız yetirməsi olduğu “Kayzer Çifs” klubunun şərəfini qoruyub. Eksteyn CAR millisində 2 oyun keçirib.

CBCsport
21 Fevral 2020
20 Fevral 2020
B.eÇ.aÇC.aCŞB