TOP 10

Azərbaycan Premyer Liqası 14 pillə irəlilədi

Futbol
Tarix: 2020-01-21 13:50

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu il üzrə dünyanın ən güclü liqalarının siyahısını hazırlayıb. Sport24.az xəbər verir ki, Azərbaycan Premyer Liqası siyahıda 349 xalla 56-cı sıradadı.
 

Ölkə çempionatı 2018-ci illə müqayisədə 14 pillə irəliləyib. 2018-ci ildə Azərbaycan Premyer Liqası reytinq siyahısının 70-ci pilləsində idi.


Azərbaycan Premyer Liqası siyahıda Cənubi Afrika, Belarus, Sloveniya, Gürcüstan, Çili, Zambiya kimi ölkələrin çempionatlarından geridə qalır.


2019-ci ilin statistikasına görə, dünyanın ən güclü futbol liqası İngiltərə Premyer Liqasıdı. Reytinq siyahısında 2-ci Braziliya, 3-cü isə İspaniyadı.

CBCsport
21 Fevral 2020
20 Fevral 2020
B.eÇ.aÇC.aCŞB