TOP 10

"Qarabağ" Azərbaycanın ən yaxşısı oldu, "Neftçi" ən çox irəlilədi

Futbol
Tarix: 2020-01-21 13:31

Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin yekunlarına əsasən 400 komandanın siyahısını müəyyənləşdirib.

 

Cədvəldə Azərbaycanın ən yaxşı komandası “Qarabağ” göstərilib. Ağdam klubu ötən illə müqayisədə 57 pillə irəliləyərək 144 xalla dünyanın 80-ci komandası olub.

 

Ötən il 459-cu olan “Neftçi” isə daha çox irəliləyib. Belə ki, "ağ-qaralar" 242 pillə irəliyərək 217-ci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, siyahıya 316 xalla "Liverpul" başçılıq edir. "Barselona" 293 xalla 2-ci, "Mançester Siti" 284 xalla 3-cüdür

CBCsport
21 Fevral 2020
20 Fevral 2020
B.eÇ.aÇC.aCŞB