TOP 10

"Sabah"ın yeni transferi çox yaxşı potensiallarının olduğunu hesab edir: "Bizdə yaxşı oyun keyfiyyəti var ki, daha yaxşı yerlərə iddia edək"

Futbol
Tarix: 2020-01-21 15:00

"Sabah"ın qış fasiləsində 2 transfer edib ki, həmin legionerlərdən biri Mario Deviç keçmiş futbolçusu, bombardiri olduğundan ona yaxşı tanışdı. Ancaq xorvatiyalı futbolçu Mario Marina karyerasında ilk dəfə davam etdirəcək. Vətənində "Qoritsa" klubundan transfer olunan təcrübəli mərkəz yarımmüdafiəçisi Sport24.az-ın Antalyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. 

 

- Komandaya adaptasiya prosesi necə keçir?

- Məncə adaptasiya çox doğru bir şəkildə gedir. Uşaqlar mükəmməldirlər. Məni çox yaxşı qəbul etdilər. Hazırda Antalyada məşqlərimizi də çox uğurla davam edirik və hazırlaşırıq.

 

- Komandanın potensialını necə görürsən?

- Hazırda hamıdan razıyam. Sadəcə, bir nüansı qeyd edim ki, çempionatda çıxış edən digər komandaları tanımıram və ona görə də potensialla bağlı müqayisə apara bilmirəm. Mənə görə bizim komandanın da çox yaxşı potensialı var.

 

- Belə başa düşdüm ki, Türkiyədə olduğun müddətdə digər komandaların oyunu izləməmisən?

- Düzdür, çünki bizim də məşqlərimiz olur, daha sonra yatırıq və buna vaxtımız olmur.

 

- Komandanın turnir cədvəlindəki vəziyyəti səni narahat etmir?

- Baxmışam, amma bizdə yaxşı oyun keyfiyyəti, potensial var ki, daha yaxşı yerlərə iddia edək.

 

- Öz oyunun haqda nə deyərdin? Bugunkü çıxışın oyununun maksimumudur, ya hələ formanı bərpa edirsən? -

- Özüm haqda danışmağı sevmirəm, amma onu deyim ki, mən hər məşq, hər oyun çalışıram ki, maksimum gücümü ortaya qoyum.

 

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya

CBCsport
20 Fevral 2020
19 Fevral 2020
B.eÇ.aÇC.aCŞB