TOP 10

Millimizin rəqibinin heyəti açıqlandı

Futbol
Tarix: 2020-01-21 14:16

Futzal üzrə DÇ-2020-nin elit-raund mərhələsində Azərbaycan millisi ilə bir qrupda yer alan Rusiya yığması təlim-məşq toplanışına başlayıb. Sport24.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 20-də Moskvada bir araya gələn Rusiya yığması oyunların keçiriləcəyi Xorvatiyaya yanvarın 28-də yollanacaq. Baş məşqçi Sergey Skoroviç bu futzalçılara dəvət göndərib:
 

Qapıçılar: Georgi Zamtaradze, Albert Çayder (hər ikisi KPRF), Dmitri Putilov (Sinara);


Oyunçular: Danil Davıdov, Nikolay Şesterov, Andrey Afanasev (hamısı “Qazprom-Yuqra”), Romulo, Yanar Asadov, Artem Niyazov, Arser Baqirov (hamısı KPRF), İvan Milovanov, Sergey Abramoviç, Artem Antoşkin (hamısı “Tümen”), Ruslan Kudziev, Rişat Kotlyarov (hər ikisi “Nikel”), Sergey Abramov (Sinara), Robino (“Benfika”, Portuqaliya), Eder Lima (“Korintians”, Braziliya).

Azərbaycan və Rusiya milli komandaları yanvarın 30-da, saat 20:00-da qarşılaşacaq.

CBCsport
06 Aprel 2020
05 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL