TOP 10

İtaliya klubu "Qarabağ"ın legionerini transfer edir

Futbol
Tarix: 2020-01-21 10:12

"Qarabağ" ın fransalı legioneri Faysal Rerras karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, İtaliya B Seriyasının təmsilçisi "Benevento" Mərakeş əsilli belçikalı futbolçunun transferində maraqlıdır.

 

Hazırda B Seriyasında turnir cədvəlinə başçılıq edən komanda növbəti mövsümdən A Seriyasında çıxış etməyə real namizəddi. Bu səbəbdən yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Benevento" "Qarabağ"ın 26 yaşlı sol cinah müdafiəçisini transfer etmək istəyir. Rerrasın əsas heyətinə düşə bilmədiyi Ağdam təmsilçisi ilə sözləşməsi iyunadək nəzərdə tutulub. Futbolçuyla İtaliyanın "Krotone", Fransanın "Lans", Türkiyənin "Rizespor" və Belçikanın "Lyej" klubları da maraqlanır. 

 

Qeyd edək ki, Faysal "Qarabağ"a ötən ilin yayında transfer olunub.

CBCsport
20 Fevral 2020
19 Fevral 2020
B.eÇ.aÇC.aCŞB