TOP 10

"Sabah" Bakıya məhsuldar heç-heçəyələ qayıdır

Futbol
Tarix: 2020-01-21 18:56

"Sabah" yanvarın 8-dən başlayan Antalyadakı təlim-məşq toplanışını başa vurub. Sport24.az xəbər verir ki, paytaxt təmsilçi bu gün son yoxlama oyununa çıxıb.

 

Jelko Sopiçin komandası Moskva "Spartak"ının əvəzediciləri ilə qarşılaşıb. Qalib müəyyənləşməyən matç məhsuldar heç-heçəylə nəticələnib. Komandaya qayıdan Marko Deviç d"Sabah"a dönüşündə hesabı açsa da, ruslar nəinki bərabərliyə imza atıb, irəli də çıxa bilib. "Sabah" gənc futbolçusu Ceyhun Nuriyevin vurduğu qolla məğlubiyyətdən xilas olub - 2:2. 

 

Xatırladaq ki, sabah Vətənə dönəcək "Sabah" Antalya toplanışı çərçivəsində Macarıstanın “Pakş"ına 0:2 hesabıyla uduzub, Rumıniya “Akademika Klinçeni”siylə qolsuz bərabərliyə qalıb, Qazaxıstan Kubokunun son qalibi "Kaysar" üzərində 3:1 hesablı əzmkar qələbə qazanıb.   
 

 

 

Yoxlama matçı

21 yanvar

17:00. "Sabah" - "Spartak" (Moskva, əvəzedici komanda) - 2:2

Qol: Marko Deviç, 16, Ceyhun Nuriyev, 70

Sabah: 71. Dmitri Bezruk, 2. Elçin Mustafayev, 5. Kərim Diniyev, 20. Nemət Musayev, 17. Məhəmməd Mirzəbəyov, 99. Abbas Ağazadə, 14. Rəşad Eyubov, 29. Ceyhun Nuriyev, 97. Emil Qasımov, 77. Cavid Tağıyev, 41. Marko Deviç.

 

CBCsport
21 Fevral 2020
20 Fevral 2020
B.eÇ.aÇC.aCŞB