TOP 10

Rednik "Qarabağ"ı Avropanın Top komandası hesab etdi, Mübariz Mənsimova müraciətini ünvanladı: "Lənkəranlı azarkeşlər məndən qayıtmağı xahiş edirlər "

Futbol
Tarix: 2020-01-20 14:41

"Sumqayıt"ın Antalya toplanışında növbəti yoxlama matçında (1:1) qarşılaşdığı Rumıniya "Politexnika" (İaşi) klubunun baş məşqçisi futbolsevərlərimizə tanış sima idi. Söhbət "Xəzər Lənkəran"ın rumıniyalı sabiq baş məşqçisi Mirça Rednikdən gedir. Təcrübəli mütəxəssis artıq tarixin yaddaşına köçən Lənkəran klubuna son titulu - ölkə Kubokunu qazandırıb. 58 yaşlı Rednik Sport24.az-ın Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsində yaxın keçmişə səyahət etdi, "Xəzər Lənkəran"ın yaradıcısı, əvvəl prezidenti, sonra fəxri prezidenti olan Mübariz Mənsimova müraciətini ünvanladı. 

 

- "Sumqayıt"la qarşılaşan komandanız çempionatda 8-ci pillədədi. Bu mövsüm də olmasa, növbəti ilə Avropa Liqasına çıxmaq potensialınız varmı?

- İlk olaraq bunu deyim ki, səhhətimlə bağlı problemim vardı, əməliyyat olundum. Yaxşı komandamız, burda işləmək üçün yaxşı şərait var. Təmsil olunduğumuz şəhər böyükdü. Kubokda da qalmışıq. İndi məqsədimiz yüksək liqada yerimizi qorumaqdı. 

 

- "Xəzər Lənkəran"da işlədiyiniz dövrə qayıdaq. Həmin vaxt yerli publika sizi çox sevirdi. 15 minlik Lənkəran stadionunda böyük azarkeş dəstəyi altında çıxış edirdiniz. Həmin dövrlə, ümumiyyətlə, Azərbaycanla bağlı hansı xatirələriniz qalıb?

- İndiyədək lənkəranlı azarkeşlərlə əlaqəm qalıb. O qədər insan məni sosial şəbəkələrdə - "İnstagram"da, "Facebook"da tapırlar, məlumat göndərirlər. Məndən xahiş edirlər ki, qayıdım (gülür). Mən də istəyərəm bunu. Çünki Azərbaycanla Lənkəran indiyədək qəlbimdə xüsusi yer tutub və bu üzdən məmnuniyyətlə dönərdim. 

 

- Bu, təsadüfi oldu ki, Azərbaycan komandasıyla yoxlama matçı düşdü, yoxsa hisslərinizin rolu oldu ki, məhz bizim klubu seçdiniz?

- Mənə təklif olunan kimi dərhal razılaşdım. Azərbaycan komandasını görən kimi ilk olaraq onu soruşdum ki, "Xəzər Lənkəran"la nə baş verdi. Lənkəranda işlədiyim müddətdə insanlar əsas düşündürən bir işləri idi, bir də ürəklərində olan, çox sevdikləri futbol. Bilirəm ki, Lənkəranda necə çox zəhmətkeş insan yaşayır - öz işlərini, öz həyatlarını və bir də futbolu necə sevirlər. Fikrimcə, düzgün olardı ki, Lənkərana futbol qayıdardı, Mübariz Mənsimov yenə klubu himayəsinə götürərdi. Ümid edirəm ki, buna imkan var. Yoxdursa, bunu anlayıram. Ancaq imkan varsa, futbolu Lənkərana qaytarmaqla bağlı xahiş edərdim. 

 

- "Qarabağ"ın Çempionlar Liqasında, Avropa Liqasında qrup mərhələsində çıxışını izləmisiniz?

- Bəli. Azərbaycanda işlədiyim dövrdə "Neftçi"ylə "Xəzər Lənkəran" çempionluğa əsas namizədlər idi, "Qarabağ" isə 3-cü yer uğrunda mübarizə aparırdı. Yadımdadır, həmin vaxt "Qəbələ"nin baş məşqçisi Toni Adams idi, ondan sonra da yaxşı mütəxəssis (Roman Qriqorçuk-red.) çalışmışdı, yaxşı nəticələr vermişdi. Bilirəm ki, qrupda oynayan "Qarabağ"da Avropa ölkələriylə müqayisədə elə böyük məvaciblər yoxdu, ancaq yaxşı təşkilatçılıq var, yerli futbolçulara çox oynamaq imkanı verirlər. Baxın, hər il qrupda çıxış edirlər - ya Avropa, ya da Çempionlar Liqasında. Mənim üçün "Qarabağ" demək olar Avropa Top komandasıdı. Məncə, baş məşqçiləri də həminkidi.

 

- Elədi, Qurban Qurbanovdu...

- Salamlarımı ona çatdırın. Həmişə Qurbanovla yaxşı münasibətlərim olub. Həmkarıma görə sevinirəm. Yaxşı, öz üzərində çalışan məşqçidi, təcrübə yığıb. Nəticələri də bundan xəbər verir. Qurbanova bu münasibətlə böyük təbriklərimi çatdırıram. 

 

- Sonda ənənəvi sual - Azərbaycandan təklif alsanız, "Xəzər Lənkəran"dan yox, başqa klubdan, bunu qəbul edərsiniz?

- "Neftçi"dən başqa hara istəsən (gülür). Məni düzgün başa düşün, bu klub Azərbaycanda çempionluq mübarizəsində ən prinsipial rəqibimiz olub. "Xəzər Lənkəran"ın azarkeşlərinə hörmət edirəm və bu səbəbdən yalnız "Neftçi"ni istisna etdim. 

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya

CBCsport
03 Iyul 2020
02 Iyul 2020
B.eÇ.aÇC.aCŞB