TOP 10

"Neftçi" Kiyev "Dinamo"suna uduzdu

Futbol
Tarix: 2020-01-20 19:53

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, “ağ-qaralar” Kiyev “Dinamo”su ilə qarşılaşıb.

 

Roberto Bordinlə müqaviləsini pozan "Neftçi" müvəqqəti baş məşqçi təyin olunan köməkçisi Füzuli Məmmədovun rəhbərliyi altında meydana çıxıb. Fasiləyə hesabda 2 tp geridə yolanan Bakı klubu ikinci hissədə hesab arasındakı fərqi asaltsa ad, bundan artığını bacarmayıb.   

 

Qeyd edək ki, ilk yoxlama görüşündə Polşanın “LKS Lodz” klubuna 0:4 hesabı ilə məğlub olan təmsilçimiz Antalyada sonuncu matçında yanvarın 24-də "Desna" (Ukrayna) ilə qarşılaşacaq.

 

 

Yoxlama matçı

20 yanvar

18:00. "Neftçi" - "Dinamo" (Kiyev, Ukrayna) - 1:2 (2-ci hissə)

Qol: Vngelis Platellas, 69 - Vadim Mikolenko, 12, Nazari Rusin, 19

“Neftçi” 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 6..Vojislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 11. Vangelis Platellas, 15. Saman Nərimancahan, 18. Tural Axundov, 77. Donald Gerye, 93. Soni Mustivar

 

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 27. Nabi Silla, 33. Turan Vəlizadə, 36. Mamadu Kane, 40. Vüqar Həsənov, 55. İbrahim Əliyev, 56. Elton Əlibəyli, 74. Nazim Bağırov, 75. Nihad Qurbanlı, 80.İsmayıl Zülfüqarlı.

 

1’ Oyun başlandı.

 

8’ Namik Ələskərovun zərbəsindən sonra top qapının üstündən keçdi.

 

12’ Qol. Rəqib komanda hesabı açdı – 0:1. Vitali Mikolenko fərqləndi.

 

 

19’ Qol. Nazari Rusin hesabı 0:2-yə çatdırdı.

 

 

 

22’ Baqali Dabonun zərbəsindən sonra top rəqib futbolçuya dəyib küncə çıxdı.

 

 

 

30’ Saman Nərimancahanın yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapıdan aralı keçdi.

 

 

 

43’ Baqali Dabonun uzaq məsafədən aşırma zərbəsindən sonra top qapının üstündən keçdi.

 

 

45’ İlk hissə başa çatdı.

 

 

46’ İkinci hissə başlandı. Səlahət Ağayevi Aqil Məmmədov, Soni Mustivarı isə Mamadu Kane əvəzləyib.

 

 

47’ Emin Mahmudovun zərbəsindən sonra qapıçı topu tutdu.

 

 

52’ Platellasın zərbəsindən sonra qapıçı topu çətinliklə qaytardı.

 

 

 

61’ Aqil Məmmədov rəqib futbolçunun zərbəsindən sonra topu küncə çıxardı.

 

 

 

66’ Dabonun zərbəsindən sonra top qapı dirəyinə tuş gəldi.

 

 

 

69’ QOOOLLL! Platellas dəqiq zərbə ilə hesab arasındakı fərqi azaltdı.

 

 

74’ Rəqib futbolçu yaxın məsafədən qeyri-dəqiq zərbə vurdu.

 

 

82’ Vanqelis Platellası İsmayıl Zülfüqarlı əvəzlədi.

 

84’ Rəqib futbolçunun zərbəsi qüvvətli olsa da, qeyri-dəqiq alındı.

 

90+2’ Oyun başa çatdı.

 

 

 

 

 

 

CBCsport
03 Iyul 2020
02 Iyul 2020
B.eÇ.aÇC.aCŞB