TOP 10

Sopiç onu üzgün vəziyyətdən çıxaran ilk qələbə, baxışda olan legioner haqda: "Marko Deviç 40 yaşında olsa belə, "Sabah"a keyfiyyət verəcək"

Futbol
Tarix: 2020-01-19 19:25

"Sabah" Türkiyə toplanışında ilk qələbəsini bu gün Qazaxıstan Kubokunun son qalibi "Kaysar"la matçda 3:1 hesabıyla qazandı. Təmsilçimizin xorvatiyalı baş məşqçsi Jelko Sopiç bu görüşdən sonra Sport24.az-ın Antalyaya ezam olunmuş əməkdaının suallarını cavablandıırb.

 

- Oyundan nə dərəcədə razı qaldınız?

- Toplanışda demək olar məşq xarakterli oyunlardan biri idi. Çox şadam ki, qol vurduq və bu görüşü qələbəylə başa vurduq. Çnüki bizdə həqiqətən qol vəziyyətlərinin reallaşdırılmasıyla bağlı problemlər var idi. Məsələn, bu matçı udmasaydıq. bir az üzgün olardım. 

 

- Xüsusilə ilk hissədə böyük ərazi üstünlüyünə malik idiniz və komandada qol həqiqətən yetişirdi. Rəqib qapısı qarşısına gəlsəniz də, topu qapıya göndərmək həyata keçmirdi. Düzdür, uddunuz, ancaq dediyim problemi nədə görürdünüz?

- Bəzən keyfiyyətdən asılı olur ki, reallaşdırılma zəif olur. Ancaq bu, məşq xarakterli oyun idi. Futbolçulardan nə istədimsə, onu meydançada həyata keçirdilər ki, bu məni məmnun edir. 

 

- 37 yaşlı Marko Deviçin qayıtması komandaya nə xeyir verə bilər?

- Həmişə bu sözü demişəm ki, əcnəbilər oyuna xüsusi keyfiyyət qatmalıdırlar. Sizə onu da deyə bilərəm ki, Marko 40 yaşında olsa belə, bu komandaya keyfiyyət verəcək.

 

- Bugünkü "Sabah" gördüyünüz ideal komandadı, yoxsa hələ artıracaq? Bu, qış fasiləsinin sonuadək olacaqmı, mövsümün ikinci yarısında daha güclü "Sabah" görəcəyikmi, yoxsa..?

- Onu deyə bilərəm ki, fasilədən sonra hər oyunda artıracağıq - istər hücum, istərsə də müdafiə planımızda olsun. Bugünkü oyunumuzdan da çox razıyam, hazırkı vəziyyətimizdən də. Düzdür, bir futbolumuz bizi tam başa düşmürdü. Bu, baxışa gələndi, 2-3 saat əvvəl onu görmüşdüm. Həmin legioneri çıxmaq şərtilə qalan futbolçularımızın göstərdiyi oyundan da razıyam.

 

- Yeri gəlmişkən, həmin iranlı hücumçu Yusef Seyedini soruşmaq istəyirdik ki, qalacaqmı, gedəcəkmi? Yoxsa hələ yekun qərar verməmisniz?

- Şəxsi fikir belədir ki, ona şans verdiyim 45 dəqiqə kifayət qədər deyil haqıqnda nəyisə qərar verək. Moskva "Spartak"ının əvəzeidici komandası ilə də sınaq matçımız var. Bu görüşdə gənclərə də, az oynayanalar da şans verəcəyik. İstəyirik ki, həmin iranlıya da şans verək və bundan sonra fikrimizi qətiləşdirək. 

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB