TOP 10

Millimizin futbolçusunu göndərirlər: "Komandada onun vaxtı tədricən sona yaxınlaşır"

Futbol
Tarix: 2020-01-19 18:00

Ukraynanın Football.ua saytı "Aleksandriya"nı bu qış tərk etməli olan 5 futbolçunun siyahısını dərc edib. Sport24.az xəbər verir ki, siyahıda millimizin  futbolçussu Pavel Paşayev də yer alıb.

 

Ukraynalı həmkarlarımız 32 yaşlı müdafiəçi ilə bağlı bunları yazıb: "Pavel Paşayev artıq kifayət qədər uzun müddətdir ki,"Aleksandriya"dadır. Amma, deyəsən, komandada onun vaxtı tədricən sona yaxınlaşır. Müdafiəçi Avropa Liqasında etibarlı çıxış etmirdi və Ukrayna çempionatında mütəmadi olaraq yaxşı oynamırdı. Paşayevin mövqeyində oynamaq üçün komandada kifayət qədər futbolçu var".

 

Xatırladaq ki, Pavel 2017-ci ildən "Aleksandriya"da oynayır.

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB