TOP 10

“Trabzonspor” daha bir legioneri ilə vidalaşdı

Dünya Futbolu
Tarix: 2020-01-19 19:00

Türkiyənin “Trabzonspor” klubu daha bir futbolçusu ilə vidalaşıb. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi bu dəfə portuqaliyalı legioneri İvanildo Fernandesi yola salıb.
 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Trabzonlular ötən yay Lissabon “Sportinq”indən 1 illik icarəyə götürdükləri 23 yaşlı müdafiəçi ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıblar.


İvanildo bu mövsüm “Trabzonspor”la 10 rəsmi oyuna çıxıb, 1 qola imza atıb.


Artıq Fernandesin yeni klubu da məlumdu. O, Super Liqanın digər təmsilçisi “Rizəspor”a keçib. Sözügedən klub müdafiəçini “Sportinq”dən mövsümün sonuna kimi icarəyə götürüb.


“Trabzonspor” bu qış Oqenyi Onazi və Donis Avdiyayı da yola salmışdı. Onazi də Super Liqanın digər təmsilçisi “Dənizlispor”a keçib. Avdiyayın karyerasını hansı klubda davam etdirəcəyi isə hələlik, bəlli deyil.

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB