TOP 10

Ufuk Budak üçün 90 dəqiqə və 1 xal

Futbol
Tarix: 2020-01-19 14:30

Futbol üzrə Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın formasını geyindiyi “Altınordu” da növbəti matçına çıxıb.


Sözügedən kollektiv doğma meydanda “Hatayspor”la qarşılaşıb. Ufukun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.


Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.


“Altınordu” hazırda 19 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

football24
18 Sentyabr 2020
17 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB