TOP 10

“Sabah"ın Antalyada ilk qələbəsi əzmkar oldu

Futbol
Tarix: 2020-01-19 18:56

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxıb. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi Qazaxıstanın “Kaysar” klubu ilə qarşılaşıb.

Belekdeki Hüseyn Aygün Futbol Mərkəzində keçirilən oyuna Bakı vaxtı ilə saat 17:00-da start verilib. "Kaysar" - "Sabah" oyunu 20 yanvar şəhidlərinin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. "Sabah" matça qara sarğıyla çıxıb.

 

Jelko Sopiçin komandası bunadək qələbə də qazanmamış, qol da vura bilməmişdisə, bunun ikisinə də qon qoyub. Matçda bütün qollar ikinci hissədə vurulub. Təmsilçimiz hesabda geriyə düşən tərəf olsa da, sonradan 3 qol vuraraq əzmkar qələbəyə sevinib.

 

Xatırladaq ki,  toplanış çərçivəsində Macarıstanın “Pakş” (0:2) və Rumıniyanın “Akademika Klinçeni” (0:0) klubları ilə görüşən "Sabah" son matçını Moskva "Spartak"ını əvəzedici komandası ilə keçirəcək.  

 

Yoxlama oyunu
19 yanvar

Sabah – Kaysar (Qazaxıstan) 3:1 

Qol: F.İvanoviç, 57. C.Nuriyev, 82. M.Marina, 87
Türkiyə, Hüzeyn Aygün Futbol Mərkəzi


“Sabah”ın start heyəti: 1. Saşa Stamenkoviç, 13. Filip İvanoviç, 4. Bəhlul Mustafazadə, 19. Təmkin Xəlilzadə, 22. Məqsəd İsayev, 11. Şakir Seyidov, 30. Mario Marina, 26. Ozan Can Kökcü, 10. Cavid İmamvediyev, 7. Coşqun Diniyev, 41. Marko Deviç.

football24
18 Sentyabr 2020
17 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB