TOP 10

Rəşad Sadıqov heyətlə bağlı indi də şikayət etməyəcək: "Antalyadakı nəticələrə görə komandalara qiymət vermək düzgün deyil"

Futbol
Tarix: 2020-01-19 14:00

"Qarabağ" Antalya toplanışında ilk yoxlama matçında Rumıniyanın "Akademika Klinçeni" klubuyla 2:2 hesablı bərabərlik etdi. Komandanı ilk dəqiqələrdən meydana çıxaran kapitan Rəşad Sadıqov görüşdən sonra Sport24.az-ın Antalyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

 

- Mövsümün həlledici mərhələsinə hazırlıq necə gedir? Baş məşqçiniz Qurban Qurbanov demişdi ki, yükləməni bir az azaldacam, çünki ağır mövsüm olub. Bunu məşqlərdə hiss edirsiniz?

- Artıq 6-7 gündü burdayıq, intensiv məşqlər gedir. Mövsümün ikinci yarısına ciddi şəkildə hazırlaşırıq. Yükləmədə əvvəlkiylə müqasiədə bir az fərq var. Ancaq çox deyil. Əvvəl topsuz məşqlər çox olurdu. Bu dəfə məşqlər daha çox toplu yükəmələrlə keçir. Fərq budu.

 

- İlk sınaq matçı necə keçdi?

- Həmişəki kimi yoxlama matçıdı, birinci oyunumuzdu. Hamı istirahətdən qayıdandan sonra çalışır ki, qısa müddətdə formasını tez bərpa etsin. Artıq 2-3 həftə sonra çempionat start götürəcək, vacib oyunlar başlayacaq.

 

- Çempionatdakı rəqiblərinizin Antalyadakı oyunlarını izləyirsiniz?

- Vaxt olmayıb izləməyə, ancaq nəticələri internet vasitəsilə oxuyuruq.

 

- Nəticələr necə təsir bağışlayır? Üzücü gəlmir?

- Düşünürəm ki, burdakı nəticələrə görə komandalara qiymət vermək düzgün deyil. Təbii ki, harda komanda var, hətta məşqdə 5-5-ə, 6-6-a oynayanda uduzmaq istəmirsən. Amma burda məqsəd fərqlidi. Məqsəd odur ki, məhz çempionat başlayanda komandalar formada olsun. Fikrimcə, rəqiblərimizin hal-hazırda göstərdiyi nəticələr o qədər önəmli deyil. 

 

- "Qarabağ" son 3 təlim-məşq toplanışında yoxlama matçında nəticələr baxımından çox uğursuz çıxış edirdi. Ancaq gəlib yetərincə uğurlu futbol sərgiləyib uğurlu nətcələr qazanırdı. Eyni taktikanı deyəsən, rəqibləriniz də götürür...

- Fikrimcə, taktika deyil. Sadəcə, toplanış vaxtı rotasiyalar çox olur. Futbolçular istirahətdən yeni qayıtdıqları üçün tam formada olmurlar. Biz də bütün matçları uda bilərik, rəqiblərimiz də. Eyni şeylər məğlubiyyətlərlə bağlı ola bilər. Sadəcə, son vaxtlar yoldaşlıq görüşlərində məğlubiyyətlər daha çox olur. 

 

- "Qarabağ"da tranferlərlə bağlı çox söz-söhbət olur, ancaq az müddət qalıb ki, mövsümün ikinci yarısı başlasın. Heyətlə də bağlı yetərincə itkiləriniz var. Bir tək Riçard Almeydanın adını çəksək, həmin mövqeyə böyük itki sayılır. Nəsə yeni transfer gözlənilir?

- Baş məşqçimiz də bildirib ki, yeni oyunçular izlənilir, heyətin güclənməsini istəyirlər. Düşünürəm ki, bugünkü heyətimiz də pis deyil. Bəli, Asmir Beqoviçlə Riçard Almeyda ayrıldı, Dani Kintananın gedişi gündəmdədi. Təbii ki, birdən-birə bu aparıcı futbolçuların gedişi bizim üçün böyük itkilərdi. Ancaq futbolda bu şeylər var, həmişə bunlarla qarşılaşmışıq. Buna görə belə şeylərə də hazır olmaq lazımdı. Bəlkə bugünlərdə transferlər oldu. Ancaq olmasa belə, çempionata çox ciddi hazırlaşmalıyıq. 

 

- Yəni, bu heyət belə çempionluq titulunu qoruya bilər?

- Heyətlə bağlı heç vaxt şikayət etməmişəm, indi də etməyəcəm. Kim 11 nəfər meydana çıxırsa, bu formanı layiqincə daşımalıdı. 

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB