TOP 10

Ekşteyn Azərbaycanda qalacaq!

Futbol
Tarix: 2020-01-19 11:18

"Sabah"ın qış fasiləsində müqaviləsini pozduğu Hendrik Ekşteynin yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, 28 yaşlı cənubi afrikalı yarımmüdafiəçi karyerasını yenə Azərbaycanda davam etdirəcək.

 

Belə ki, Hendrik digər paytaxt təmsilçisi "Səbail"ə keçir. Tərəflər keçid məsələsində artıq razılığa gəliblər və bugünlərdə transfer rəsmən açıqlanacaq. Müqavilə cari mövsümün sonunadək nəzərdə tutulub.

 

Xatırladaq ki, Ekşteyn ötən yay keçdiyi "Sabah"ın heyətində cari mövsümdə keçirdiyi 16 oyunda (13 Premyer Liqa, 3 ölkə kuboku) 3 qola imza atıb.

 

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB