TOP 10

"Qəbələ"dən birdən-birə 2 zərbə alan "Çayka" - kapitanı xəstəxanalıq oldu, özü isə...

Futbol
Tarix: 2020-01-19 11:00

Rusiyanın "Çayka" klubu Antalya toplanışında "Qəbələ"yə 0:3 hesabıyla uduzduğu yoxlama matçında birdən-birə iki zərbə alıb. Sport24.az xəbər verir ki, I Divizion təmsilçisinin kapitanı Vladislav Dubovoy matçın sonunda ağır zədə alaraq oyunu başa çatdıra bilməyib.

 

Bu, azmış kimi, fasilədən dərhal sonra meydana çıxan müdafiəçi stadiondan birbaşa xəstəxanaya aparılıb. Bu anda "Çayka" üçün futbol arxa plana keçib və indi bütün komanda kapitana görə narahatlıq hissi keçirərək ona tezliklə sağalmasını arzulayr.

 

"Çayka" üçün ikinci uğursuz məqam ondan ibarətdir ki, o, 23 illik tarixndə ilk dəfə hazırlıq oyununda böyükhesablı məğlubiyyət alıb. Rəqib hesab edir ki, onlardan fərqli olaraq Azərbaycan komandası mövsüm hazırlıqlarına bir neçə həftə əvvəl başladığından, hazırda ən yaxşı funksional vəziyyətdədi. "Qəbələ" bir az daha sürətli, aqressiv və hücumların son mərhələsində dəqiq olduğundan, nəticə belə alındı.

 

 

football24
18 Sentyabr 2020
17 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB