TOP 10

Pedro qol vurdu, Prosineçkini peşman etdilər

Futbol
Tarix: 2020-01-19 13:00

"Kayserispor" yeni baş məşqçisi Robert Prosineçkinin bu vəzifəyə qayıdandan sonra Trükiyə Super Liqasında ilk matçı böyük uğursuzluqla nəticələnib. Sport24.az xəbər verir ki, komanda XVIII turda səfərdə "Alanyaspor"a 1:5 hesabı ilə uduzub.

 

Kayserililərin təsəlli qolunu 87-ci dəqiqədə "Qarabağ"ın braziliyalı sabiq legioneri Pedro Enrike vurub. 10 xalı olan "Kayserispor" sonuncu - 18-ci sırada qərarlaşıb.

 

Xatırladaq ki, Prosineçkinin bu kluba qayıdandan sonra rəsmi debütü ölkə Kubokunda "Fəbərbaxça"yla evdə qolsuz bərabərlik olmuşdu. Millimizin baş məşqçisi daha öncə 2012-13-cü illərdə "Kayserispor"u çalışdırıb.

 

 

 

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB