TOP 10

“Monako” braziliyalı futbolçu ilə vidalaşdı

Dünya Futbolu
Tarix: 2020-01-19 11:35

Fransanın “Monako” klubu futbolçusu Naldo ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 

37 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.


2019-cu ilin yanvarından “Monako”da forma geyinən braziliyalı futbolçunun sözləşməsi mövsümün sonuna qədər idi.


4 dəfə Braziliya millisinin formasını geyinən Naldo, daha əvvəl “Verder”, “Volfsburq”, “Şalke” kimi klubların şərəfini qoruyub.

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB