TOP 10

"Neftçi" Bordini istefaya göndərdi - RƏSMİ

Futbol
Tarix: 2020-01-18 23:59

“Neftçi”də baş məşqçi dəyişikliyi olub. Sport24.az xəbər verir ki, klub prezidentinin təqdimatı əsasında əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə təqdim edilib, irad və təkliflər dinlənilib. Sonda komandanın indiki vəziyyəti nəzərə alınaraq, klubun baş məşqçisi Roberto Bordinlə müqaviləyə qarşılıqlı surətdə xitam verilməsi barədə qərar verilib.

 

Bu qərara əsasən, bu gün italiyalı mütəxəssis görüş keçirilib və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Əsas komanda müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb.

 

“Neftçi” Bordinə xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.

 

Xatırladaq ki, paytaxt klubu 55 yaşlı çalışdırıcı ilə ilyarım birgə işləyərək ötən mövsüm gümüş medalçı olub. 

 

football24
18 Sentyabr 2020
17 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB