TOP 10

“Sabah”ın “Kaysar”la matçının məkanı dəyişdirildi

Futbol
Tarix: 2020-01-18 20:51

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlığını davam etdirir. Sport24.az xəbər verir ki, təlim-məşq toplanışının 11-ci günündə bir məşq baş tutub. 
 

Komanda fiziki və topla təmrinləri yerinə yetirib, həmçinin ikitərəfli oyun keçirilib.


Xatırladaq ki, “Sabah” sabah hazırlıq çərçivəsində Qazaxıstan “Kaysar”ı ilə qarşılaşacaq. Daha öncə bu görüşün Belekdəki “Fanatik” futbol meydançasında keçiriləcəyi açıqlansa da, sonradan məkanın dəyişdirilməsinə qərar verilib. Klubdan verilən son məlumata görə, görüş yanvarın 19-da, yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00) Belekdəki Hüseyn Aygün Futbol Mərkəzində keçiriləcək.

football24
18 Sentyabr 2020
17 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB