TOP 10

Qurban Qurbanov "yox" cavabı aldıqları legionerdən, yaxın günlərdə reallaşması gözlənilən transferdən danışdı: "Nəzarətimizdə olan bir neçə yerli futbolçu var"

Futbol
Tarix: 2020-01-18 20:25

"Qarabağ" Antalya toplanışında ilk yoxlama matçını Rumıniyanın "Akademika Klinçeni" klubuyla 2:2 hesablı bərabərliklə başa vurub. Təmsilçimizin baş məşqçisi Qurban Qurbanov bugünkü görüşdən sonra Sport24.az-ön Antalyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. 

 

- Oyunun necə dəyərləndirərdiniz? Xüsusilə ikinci hissənin son dəqiqələrində nə baş verdi?

- İlk oyunumuz olduğundan, əlbəttə, futbolçulardan bu gün çox şey tələb edə bilməzdik. Türkiyədəki hazırlıq dövrünün ilk tsikli idi ki, bunu da oyunla başa vurduq. Şükürlər olsun ki, hər şey tam qaydasında oldu. Baxmayaraq ki, futbolçular yorğun idilər, ancaq hər iki komandanın ifasında çox sürətli oyun getdi. Meydanda yaxşı mübarizə oldu. Əlbəttə, belə matçlarda nəticəyə oynamaq da çox vacibdi. 1:2 hesabıyla uduzurduq, son dəqiqələr idi, futbolçularımız qol vurmaq üçün çox istəkli oldular. Sonda buna nail oldular. Ancaq əlbəttə, bu, hələ hazırlığımızın ilk hissəsidi. Hələ ikinci hissə qalıb, sonra isə bilavasitə çempionat matçına hazırlıq. İşimiz bir az çoxdu. 

 

- Yeni transferlərdən hər hansı səs-soraq varmı?

- Bir nəfərdən var, "yox" dedilər (gülür). Hansıyla bağlı ki demək olar hər şey həll olunmuşdu - həm klubuyla razılaşdırılmışdı, həm də futbolçunun özüylə. Ancaq son anda, daha dəqiq desək, 2 gün əvvəl "yox cavab gəldi. Ümumiyyətlə, maraqlıdı, bəzi futbolçuların öz düşüncələridi, yoxsa həqiqətən ailələri ölkədən çıxmağa və yaxud Azərbaycana gəlişlərinə imkan vermirlər. Bunda da yekunda dedilər ki, ailəsi icazə vermədi. Açığı, ehtiyat etdilər, çünki ilk dəfədi bu ölkəyə gələcəkdilər. Ancaq digər variantlar var. Yaxın günlərdə bir futbolçunun transerinin alınması ehtimalı var. Başqa bir cavab gəlməsə. 

 

- Həmin imtina edən legionerin mövqeyi nə idi?

- Orta sahə. 

 

- Gənc futbolçuları da Antalaya gətirmisiniz ki, biri - Cavid Bayramov bərabərlik qolunu vurdu. Onlarla bağlı ümimi fikirləriniz necədi?

- Bəli, bu gün onlara gənc gözüylə baxırıq. Amam ən azı 2 ildi bu komandayla hazırlıq proseslərində iştirak edirlər. Demək olar tam nəzarətimiz altındadırlar. Əvəzedici komandada olduqları zamanı da biz keçən məşqlərə daha çox verilir, buna nəzarət edirlər. Düşünürəm ki, onlarda əsas komandaya adaptasiya baxımından bir o qədər də problem olmayacaq. Sadəcə, bu komandadan tələblər çoxdu. Bəlkə 3-4 gənc futbolçunu birdən meydana buraxmaq böyük risk olar. Bəli, 2-3 ildən sonra daha artığıyla faydasını görə bilərik. Hələliksə tələsmədən onları yavaş-yavaş hazırlayırıq. Potensialları var.

 

- Transfer siyahınızda yerli futbolçu, "Qarabağ" səviyyəsində olan varmı? Yaxud bu keçidləri yayda görə bilərikmi?

- Daim nəzarətimizdə olan bir neçə yerli futbolçu var. Ola bilər ki, mayda belə bir addım ataq. Ancaq bizdən asılı olmayan şeylər var. Vaxtı gələndə bu addımı atacağıq. 

 

 

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB