TOP 10

İcraiyyə Komitəsinə namizədlər açıqlandı - yenilər arasında Olimpiya çempionu var

Futbol
Tarix: 2020-01-18 18:51

AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, AFFA-nın 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransında İcraiyyə Komitəsinə (İK) seçki keçiriləcək. Sport24.az xəbər verir ki, Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İK-ya namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Konfransın keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır.

 

Bu gün qeyd olunmuş müddət başa çatıb. İK üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq:

 

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

1. İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən

2. Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən

3. Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən

 

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

1. Zaur Axundov – “Keşlə” FK tərəfindən

2. Rauf Əliyev – “Səbail” FK tərəfindən

3. Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən

4. Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən

5. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

 

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən

2. Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən

 

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

1. Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən

2. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

 

Qeyd edək ki, İK üzvlərinin sayı 11-dən 13-ə artırılıb. Elxan Məmmədov indiyədək İK-ya üzv olmayıb ki, bu da Nizamnaməyə görə baş katibin ola bilməməsiylə bağlıdı. Olimpiya çempionu Fərid Mansurovla UEFA nümayəndəsi Könül Mehtiyevə də ilk dəfə namizədliklərini irəli sürüblər. Sonuncu AFFA-nın beynəlxalq departamentinin rəhbəridi və Azərbaycanın ilk qadın UEFA nümayəndəsi kimi tarixə düşüb. İK-də indiyədək xanım üzvün olmaması da diqqətçəkən məqamdı. Keçən İK üzvlərindən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov namizədlər sırasında yoxdu. 

football24
18 Sentyabr 2020
17 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB