TOP 10

“Sabah”ın “Kaysar”la matçının saatı açıqlandı

Futbol
Tarix: 2020-01-18 18:39

“Sabah”ın Türkiyənin Antalya vilayətinin Belek bölgəsindəki təlim-məşq toplanışı davam edir. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi sabah növbəti yoxlama oyununu keçirəcək.
 

“Sabah”ın budəfəki rəqibi Qazaxıstan “Kaysar” klubu olacaq. Artıq bu yoxlama oyununun vaxtı da bəlli olub. Görüş yanvarın 19-da, yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00) Belekdəki “Fanatik” futbol meydançasında keçiriləcək.

football24
18 Sentyabr 2020
17 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB