TOP 10

Ayxan Abbasova bugünkü matçda nəticə də maraqlı olub: "Çempionata hazırlaşmaq istəyiriksə, əlbəttə, birinci müdafiədən başlamalıyıq"

Futbol
Tarix: 2020-01-18 18:40

"Sumqayıt" Antalya toplanışında 2-ci yoxlama matçını bu gün Rumıniyanın "Politexnika İaşi" klubuyla keçirərək 1:1 hesalı bərabərliyə qalıb. Təmsilçimizin baş məşqçisi Ayxan Abbasov görüşdən sonra Sport24.az-ın Antalyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

 

- İkinci oyununuzu 3:4 hesabıyla uduzduğunuz ilk matçla müqayisə etməyinizi istərdik...

- Əlbəttə, bu qarşılaşmada nəticə də bizim üçün bir az maraqlı idi. Çünki ilk görüşdə 4 qol buraxmağımız bizi məyus etmişdi və futbolçulara bu amilə xüsusi fikir verməyi tapşırmışdıq. Onlar müdafiə planında bu gün daha diqqətli oynadılar ki, bu, bizi sevindirdi. Digər tərəfdən, yəqin, gördünüz ki, oyunun tempi birincidən daha yüksək idi. Futbolçularımızdan hər iki 45 dəqiqə tempi ala bilmək istəyimiz vardı və bu yöndə də tapşırığımız olmuşdu. Məncə, normal oyun oldu. Rəqib də yaxşı mübarizə apardı. Növbəti oyunda bundan da yaxşı olmağa çalışacağıq.

 

- Müdafiəni qeyd etdiniz, ancaq hücum potensialınız da azaldı. Ən azı onu götürək ki, onda 3 qol vurmuşdunuz, bu dəfə isə cəmi 1. Buna səbəb nə idi?

- Gördüyünüz kimi, hücumda epizodlar oldu ki, bunları qola çevrilə bilərdik. Məncə, sonluqda daha diqqətli olsaydıq, hesab xeyrimizə olardı. Çempionata hazırlaşmaq istəyiriksə, əlbəttə, birinci müdafiədən başlamalıyıq. Bu gün sürətli hücumlarımızı gördük, komanda meydançanın hər qarşı uğrunda mübarizə edirdi. Bu da futbolçuların formaya düşməsini siqnal verir. Gələn oyunlarda hücum planında həmin çoxluğu yaradacağıq.

 

- Əsas müdafiəçiləriniz Şəhriyar Əliyevlə Camaləddin Xocaniyazovu heyətdə görmədik. Nəsə problemləri var?

- Camaləddin 2 gündü soyuqdəymədən əziyyət çəkir, hərarəti var. Buna görə risk etmədik. Şəhriyarda isə ayağında yündül ağrılar var, ona görə heyətdən kənara qoyduq. İstəmirik ki, təlim-məşq topanışında hansısa futbolçunu itirək. Elə də geniş heyətimiz yoxdu. Bu üzdən futbolçularımızı qoruyuruq. Şükür Allaha ki, bu günü də zədəsiz başa vurduq. Növbəti oyuna baxacağıq. 

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya

CBCsport
24 Fevral 2020
23 Fevral 2020
B.eÇ.aÇC.aCŞB