TOP 10

Region Liqasında çempionluğu hədəfləyən baş məşqçi: "Bu ayın sonunadək yeni transferlərin olması nəzərdə tutulub"

Futbol
Tarix: 2020-01-18 18:00

Region Liqasının son finalçısı olan Qusar "Şahdağ"ı qış istirahətini başa vurub. Sport24.az xəbər verir ki, əyalət təmsilçisinin baş məşqçisi Kamran Əlibabayev turnirin rəsmi "Facebook" səhifəsinə açıqlamasında komandanın ikinci dövrə üçün bu gün məşqlərə başlayacağını söyləyib.

 

O, bu ayın sonunadək yeni transferlərin olmasının nəzərdə tutulduğunu bildirib. Əlibabayev onu da vurğulayıb ki, komanda çempionluğu hədəfləyib.

 

Xatırlada qki, Paytaxt və Mərkəz zonasının iştirakçısı olan "Şahdağ" qış fasiləsinə finalda uduzduğu "Uğur"la şərikli lider yollanıb. 

football24
18 Sentyabr 2020
17 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB