TOP 10

Rizvan Fərzəliyev: “Qrupumuzda aşkar favorit yoxdu”

Futbol
Tarix: 2020-01-18 13:27

Futzal üzrə milli komandamızın kapitanı Rizvan Fərzəliyev bu gün komandanın açıq məşqindən sonra dünya çempionatının seçmə mərhələsinin Elit raunduna hazırlıq barədə danışıq. Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə təcrübəli futzalçı əvvəlcə hazırlıq barədə danışıb.
 

- Bildiyiniz kimi, komandamız ayın 13-dən təlim-məşq toplanışına yığışıb. Hazırda da məşqlərimiz davam edir. Ayın 21-i və 22-si Özbəkistan millisi ilə yoldaşlıq oyunumuz olacaq. 25-nə keçən gecə isə Xorvatiyaya yolla düşəcəyik. Orda ilk rəqibimiz meydan sahibi Xorvatiya millisi olacaq. İlk oyunu çətin rəqibə - meydan sahiblərinə qarşı oynamağımızın da müsbət və mənfi tərəfləri var. Məqsədimiz ilk iki yerdən birini tutmaqdır. Yaxşı məşqlər keçmişik. Komandamız hazırlıqlıdır. Əlimizdən gələni edəcəyik ki, istəyimizə çataq.


- Bu, sənin üçün son şans ola bilər. Səncə, mərhələ adlamaq potensialımız nə dərəcədədir?
- Şanslar hər dörd komanda üçün bərabərdir. Hər dördü Avropanın öndə gedən komandalarıdır. Sırf favorit yoxdur. Öz təcrübəmə, komandama güvənirəm və inanıram ki, istəyimizə çatacağıq.


- Rusiyanı əsas favorit hesab etmirsən?
- Deməzdim ki, Rusiya komandası favoritdi. Yaxın keçmişdə müxtəlif turnirlərdə onlarla da, İran millisi ilə də qarşılaşmışıq. Bizdən elə də üstün cəhətləri yox idi. Başa-baş oyunlar keçirmişik. Düzdür, təcrübə baxımdan onlar hər zaman final oynayıblar. Biz də onlardan geri qalmırıq və çalışacağıq ki, layiqli yerlər uğrunda mübarizə aparaq.


- İlk oyunu Xorvatiya ilə oynamağın müsbət tərəfləri nədi?
- Xorvatiyanın da qrupdan çıxmaq şansı çoxdur. Həm meydan sahibidirlər, həm də yaxşı oyunçuları var. İlk oyunu onlarla oynamağın üstünlüyü də odur ki, bütün gücümüzlə oynayıb qələbə qazansaq, digər iki oyunda bizi heç-heçə də qane edə bilər. O cəhətdən bunu üstünlük hesab etmək olar.

football24
18 Sentyabr 2020
17 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB