TOP 10

Joze Alesio: “Minimal hədəfimiz pley-offa çıxmaqdı”

Futzal
Tarix: 2020-01-18 12:55

Bu gün futzal üzrə milli komandamızın açıq məşqi, ardınca isə baş məşqçi Joze Alesionun mətbuat nümayəndələri üçün brifinqi təşkil olunub. Sport24.az-ın əməkdaşının da yer aldığı tədbirdə ilk olaraq Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov qarşıdakı əsas turnirlə bağlı informasiya verdi:

“Bildiyiniz kimi, yanvarın 29-dan fevralın 1-dək millimiz dünya çempionatının seçmə mərhələsinin Elit raundunda iştirak edəcək. Xorvatiyada təşkil olunacaq turnirdə ilk oyunumuz yanvarın 29-da meydan sahiblərinə qarşı olacaq. Ertəsi gün Rusiya, fevralın 1-də isə Slovakiyaya rəqib olacağıq. Qrup qalibi mundialda birbaşa vəsiqə əldə edir. Qrup ikincisi isə pley-ofda mübarizə aparacaq. Bu D qrupunun ikincisi olacaq. Həmin qrupda Qazaxıstan, Sloveniya, Çexiya və Rumıniya yer alacaq. Təlim-məşq toplanışına yanvarın 13-ü start verilib. Bakıda yanvarın 22-i və 22-də Özbəkistanla 2 yoxlama görüşü də planlaşdırılıb”.

Ardınca isə Joze Alesio hazırlq barədə məlumat verib: “Ayın 13-dən təlim-məşq toplanışına başlamışıq. Hazırlıq prosesinə bir az çox vaxt sərf etmək istəyirdik. İstədiyim oyunçuların hamısını toplaya bilmədim. Çünki bizim bəzi legionerlərimiz var. Onların çıxış etdiyi çempionatlarda oyunları var. Özbəkistana qarşı iki yoldaşlıq oyunu keçirəcəyik. Hazırlıq plan üzrə davam edir.

Şanslarınızı 50 faiz dəyərləndirirəm. Bunu rəqiblərimizin səviyyəsini nəzərə alaraq deyirəm. Amma düşünürəm ki, rəqiblər bizdən çəkinməsə də, nə qədər güclü kollektiv olduğumuzu bilirlər. Bizə hörmətlə yanaşırlar.

Qarşımıza qoyulan minimal məqsəd 2-ci olmaqdır. pillədən birini tutaq. Hazırda Xorvatiyaya qarşı ilk oyunu fikirləşirik. Oyunçuların fiziki durumu normaldır. Bir az tez məşqlərə başladıq. Fiziki durumu yaxşılaşdırmaq üçün bunu etdik.

Təqvimdən razıyam. Bu yöndə heç bir problem yoxdur. Bilirik ki, Xorvatiyaya qarşı birinci oyun çox çətin olacaq. Xorvatlar ev sahibidir. Rusiyanı da yaxından tanıyırıq. Bütün gücümüzü oyunlarda sərf edəcəyik.

Özbəkistanla yoxlama oyunlarına gəlincə, onları yaxşı komanda sayıram. Sabah komandamiza Tyaqo ilə Eduardo da əoşulacaq və onlarla birlikdə 17 nəfər olacağıq Amma final mərhələsinə 14 oyunçuyla yollanacağıq”.

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB