TOP 10

"Sumqayıt" yenə hesabı açdı, yenə qələbəyə həsrət qaldı

Futbol
Tarix: 2020-01-18 18:14

"Sumqayıt" Türkiyədə növbəti yoxlama oyununu bu gün keçirib. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun komandası Rumıniyanın "Politexnika” (İaşi) kollektivi ilə qarşılaşıb.

 

"Topkapı" otelinin meydançasında keçiriləcək oyun yenə təmsilçimizin qələbəyə həsrət qalmasıyla nəticələndi. Hərçənd, "Sumqayıt" bu dəfə də hesabı açan tərəf olur. Ancaq 48-ci dəqiqədə buraxdığı qolla üstünlüyünü əldən verərək heç-heçəylə kifayətlənməli olur. 

 

Xatırladaq ki, "Sumqayıt" ilk matçında Macarıstan "Kaposvar"ına 3:4 hesabıyla uduzub. 

 

 

Yoxlama matçı

18 yanvar

16:30. "Sumqayıt" - "Politexnika" (İaşi, Rumıniya) - 1:1 

Qol: X.Nəcəfov, 12

"Sumqayıt": 1. Mehdi  Cənnətov, 2. Rail Məlikov (k), 14. Elvin Bədəlov, 50. İlqar Qurbanov, 88. Cavid Quliyev, 30. Nəbi Məmmədov, 28. Səbuhi Abdullazadə, 97. Xəyal Nəcəfov, 20. Rüfət Abdullazadə, 70. Mehti Şərifi, 8. Peyman Babayi
 

football24
18 Sentyabr 2020
17 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB